330x100
 

Qarabağın inkişaf strategiyası belə həyata keçiriləcək - Detallar

04.12.2020,11:11


4 dekabr, Fineko/abc.az. Hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə postkonflikt quruculuğu strategiyası həyata keçirilir.

ABC.AZ-ın məlumatına görə, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı deyib.

Onun sözlərinə görə, bu inkişaf strategiyası işğaldan azad olunan ərazilərin reinteqrasiyası və dəyər zəncirlərinə qoşulması ilə həyata keçiriləcək. İcraçı direktor bildirib ki, Qarabağın inkişaf strategiyasına uyğun olaraq, dövlət sərmayələri ilə yanaşı dövlət-özəl əməkdaşlığı formatından istifadə oluna bilər.

"Həmçinin Qarabağa yerli və xarici özəl sərmayələr, kreditlər, qrantlar, texniki yardım, kraudfandinq, kraudinvestinq, vençur kapitalı, mələk və toxum investisiyaları cəlb olunacaq. Qarabağda investorları cəlb edə biləcək strateji aktivlər, zəngin resurslar və xarici bazarlara çıxış imkanları var" deyə V.Qasımlı bildirib.

Müəllif: Elmir Murad