330x100
 

Naxçıvanın bank sektorunda bu göstəricilər üzrə artım var – Hesabat

04.12.2020,15:55


4 dekabr, Fineko/abc.az. Naxçıvanda POS-terminal, bankomat və ödəniş terminallarının sayı artıb.

ABC.AZ xəbər verir ki, ilin üçüncü rübündə banklar tərəfindən 59 təmassız ödəniş etməyə imkan verən POS-terminal və 4 çoxfunksiyalı ödəniş terminalı quraşdırılıb. Sözügedən dövrdə proqramın icrasına uyğun olaraq 14 publik hüquqi şəxs statuslu müəssisədə POS-terminal quraşdırılıb.

POS-terminal quraşdırılarkən təqdim edilmiş kartlar vasitəsilə iyul-sentyabr aylarında 102 vergiödəyicisi tərəfindən 48 min 46 manat, şəxsi kartları vasitəsilə 135 vergiödəyicisi tərəfindən 52 min 783 manat məbləğində vergi və sosial ayırmaların nağdsız qaydada ödənilməsi təmin edilib. Proqramın icrasına uyğun olaraq üçüncü rübdə 123 vergiödəyicisi üzrə 373 işçinin əməkhaqqının ödəniş kartları vasitəsilə ödənilməsi təmin olunub.

Müəllif: Elmir Murad