Ermənilər ölkədən getmək istəyir – Ermənistansa siyasi tənəzzül

16:23 - 4.12.2020


4 dekabr, Fineko/abc.az. Ermənistanda hər ötən gün, keçən saat siyasi çaxnaşma daha da dərinləşir.

ABC.AZ xəbər verir ki, ölkədə keçirilən sorğuda vətəndaşların təxminən 50% -ə yaxını baş nazir Nikol Paşinyanın istefasını tərəfdarı olduğunu bildirib.

“Respondentlərin 45,3% -i Paşinyanın istefasını dəstəkləyib, 37,8% -i onun vəzifəsini davam etdirməli olduğunu bildirib, 16,9% -i cavab verməkdə çətinlik çəkib”, - deyə sorğunu aparan qurum açıqlayıb.

Qeyd edək ki, Ermənistanda həm siyasi, həm də iqtisadi cəhətdən ciddi tənəzzül hökm sürür. Artıq əksər insanlar ölkəni tərk edib, xaricə getmək istədiklərini də açıqlayıblar.

Müəllif: Elmir Murad

Bütün xəbərlər