Qiymətli kağızlar üzrə keçirilən əməliyyatların həcmi azalıb – 12 faizdən çox

17:10 - 4.12.2020


4 dekabr, Fıneko/ abc.az. Bakı Fond Birjasında 2020-ci ilin yanvar-noyabr ayları ərzində qiymətli kağızlar üzrə keçirilən əməliyyatların ümumi həcmi 11 milyard 378 milyon 810 min manat təşkil edib.

ABC.AZ xəbər verir ki,  bu, ötən ilin eyni dövrü ilə müqayisədə 12,5% azdır.

Müqayisə üçün qeyd edək ki, ötən ilin yanvar-noyabr ayları ərzində Bakı Fond Birjasında qiymətli kağızlar üzrə keçirilən əməliyyatların ümumi həcmi 13 milyard 5 milyon 127 min manat təşkil etmişdi.

“Nəticə olaraq, ötən ilin müvafiq dövrü ilə müqayisədə ümumi təkrar bazar üzrə ticarət həcmində 55%, korporativ qiymətli kağızlar bazarı üzrə 90%, repo əməliyyatları üzrə isə 83%, səhmlər üzrə ilkin bazarda 132 misli, səhmlər üzrə təkrar bazarında isə 12 misli qədər böyümə qeydə alınmışdır”,- Birjanın yaydığı məlumatda deyilir.

Bütün xəbərlər