“Unibank”ın Müşahidə Şurasının tərkibində dəyişiklik ola bilər

15:02 - 19.02.2018


19 fevral, Fineko/abc.az. “Unibank” kommersiya bankının səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

Bankdan verilən məlumata əsasən, səhmdarların yığıncağı fevralın 22-də keçiriləcək.

“Yığıncaqda bankın Müşahidə Şurasının tərkibində dəyişikliklər və audit komitəsinin üzvlərinin əməyinin ödənilməsi müzakirə olunacaq”, - bankdan belə bildirildi.

 

 

Bütün xəbərlər