Azərbaycanda 91 dövlət müəssisəsi hərraca çıxarılıb

15:16 - 19.02.2018


19 fevral, Fineko/abc.az. Azərbaycanın Əmlak Məsələləri Dövlət Komitəsi martın 27-də dövlət əmlakının  özəlləşdirilməsi ilə bağlı növbəti hərrac keçirəcək.

Komitədən verilən məlumata əsasən, hərraca 191 obyekt çıxarılacaq.

“Bunlardan 24-ü səhmdar cəmiyyətləri, 91-i kiçik  dövlət müəssisəsi, 76-sı qeyri-yaşayış sahəsidir”, - məlumatda belə deyilir.

Növbəti linklərə keçid almaqla, obyektlərin siyahısı ilə tanış olmaq olar: emdk.gov.az və privatization.az

 

 

Bütün xəbərlər