Qonşu ölkədə yoluxma sayı kəskin azaldı – Son sutkada 36 nəfər öldü

12:11 - 7.12.2020


7 dekabr, Fineko/abc.az. Gürcüstanda son sutkada yoluxma sayında kəskin azalma müşahidə olunub. ABC.AZ xəbər verir ki, son 24 saat ərzində Gürcüstanda 2 501 yeni yoluxma qeydə alınıb.

Bir gündə virusdan 36 nəfərin ölməsi ilə bərabər ümumilikdə 1540 nəfər həyatını itirib. Mövcud virusdan müalicə alan pasiyentlərdən isə 3 988 nəfər sağalıb.

Beləliklə, bu günədək ölkədə koronavirus diaqnozu qoyulanların ümumi sayı 164.976 nəfərə çatıb.

 

Bütün xəbərlər