İtaliya ilə ötən il ticarət dövriyyəmiz 6 milyard ABŞ dollarına çatıb – İlham Əliyev

15:36 - 7.12.2020


7 dekabr, Fineko/abc.az. İtaliya Azərbaycanın birinci ticarət tərəfdaşıdır.

ABC.AZ xəbər verir ki, bunu Prezident İlham Əliyev İtaliya Deputatlar Palatasının sədr müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.

Dövlət başçısı ötən ildəki ticarət dövriyyəsini xatırladıb: "Keçən il ticarət dövriyyəmiz 6 milyard ABŞ dollara çatıb. Bunun böyük hissəsi enerji resurslarına aiddir. Amma mən hesab edirəm ki, gələcək illərdə qeyri-neft sektoru da bizim aramızda xüsusi çəkiyə malik olacaq. Energetika sektoruna gəldikdə bildiyiniz kimi, yaxın gələcəkdə TAP layihəsi istismara veriləcək. Və bu, şübhəsiz İtaliya-Azərbaycan əlaqələrini daha da möhkəmləndirəcək. Humanitar sahə ilə bağlı da bizim böyük planlarımız var. Bir çox artıq reallaşan layihələrimiz var".

 

Bütün xəbərlər