Azad olunmuş ərazilərin bərpası dövrü başlayır – İlham Əliyev

15:59 - 7.12.2020


7 dekabr, Fineko/abc.az. İndi bərpa dövrü başlayır. Genişmiqyaslı quruculuq işləri aparılacaq.

ABC.AZ xəbər verir ki, bunu Prezident İlham Əliyev İtaliya Deputatlar Palatasının sədr müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.

"Əlbəttə ki, Azərbaycan şirkətləri, ilk növbədə, bu işlərdə iştirak edəcəklər. Bizim üçün dost olan ölkələrin şirkətlərini də biz dəvət edəcəyik. Daha doğrusu, artıq dəvət etmişik. Mən çox istərdim ki, İtaliya şirkətləri bu işlərdə, yəni bərpa, rekonstruksiya, yenidənqurma işlərində fəal iştirak eləsinlər. İtaliya tərəfinə artıq bu təkliflər verildi. Yaxın günlərdə bildiyim kimi videokonfrans vasitəsilə ilkin təmaslar olacaq. Bir də demək istəyirəm ki, dost ölkələrin şirkətləri bu işlərdə iştirak edəcəklər” deyə Prezident əlavə edib.

 

Bütün xəbərlər