Sabahdan Bakıda sürüşmə zonasının sakinlərinə müvəqqəti mənzillərin icarəsi üçün vəsait veriləcək

19.02.2018,15:35


19 fevral, Fineko/abc.az. Bayılda sürüşmə zonasının sakinlərinə mənzillərin icarəsi üçün vəsaitlər veriləcək.

Bakının Səbail rayonunun icra hakimiyyətinin başçısı Eldar Əzizov sakinlərlə görüşdə bildirib ki, ödəniləcək məbləğ ailə üzvlərinin sayından asılı olacaq.

“İcarəyə götürüləcək  mənzillərə ödənilən minimum məbləğ 260 AZN təşkil edəcək və vətəndaşlar şəxsiyyət vəsiqəsi təqdim edərək sabahdan pul ala biləcəklər. Hazırda sənədlər 67 ailə tərəfindən təqdim edilib. Tamamilə məhv olmuş evlərin sakinlərinə  kompensasiya ödəniləcək”, - rayonun  icra hakimiyyətinin başçısı belə deyib.

Onun sözlərinə əsasən, təhlükə zonasında 98 ev yerləşir, bunların 90% -i 2000-ci ilədək tikilmişdir və onlardan yalnız biri müvafiq sənədlərə malikdir.

 

Açar sözlər: Bayıl