Azərbaycanda peyvəndləməyə nə vaxt başlana bilər? – Prezidentin köməkçisindən açıqlama

16:21 - 8.12.2020


8 dekabr, Fineko/abc.az. Operativ Qərərgahın brifinqində Prezidentin iqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov bir sıra vacib məqamlara toxunub.

O qeyd edib ki, düünyada koronavirus vaksinləri ilə bağlı bütün prosesləri Azərbaycan yaxından izləyir. Peyvəndin zərərsiz olduğunu deməyə ehtiyac yoxdur.

Hər birimiz bundan əvvəl müxtəlif peyvəndlər qəbul etmişik. Artıq Böyük Britaniyada peyvəndləmə başlayıb, Türkiyə də qısa müddətdə başlayacaq.

Türkiyədə ən təhlükəsiz olan Çin peyvəndindən istifadə olunur. Biz də məsələni araşdırırıq. Qısa müddətdə məlumat veriləcək ki, Azərbaycanda peyvəndləməyə nə vaxt başlana bilər və ilk kimlərin peyvənd olunacağı da açıqlanacaq.

 

Bütün xəbərlər