Peyvənd vuruldu, 6 nəfər öldü

10:21 - 9.12.2020


9 dekabr, Fineko/abc.az. Amerikanın əczaçılıq nəhəngi “Pfizer” və alman şirkəti “BioNTech” tərəfindən birgə hazırlanmış vaksinin sınaqları zamanı altı nəfər ölüb.

ABC.AZ xəbər verir ki, ölümcül nəticə peyvənd edilən pasiyentlər qrupunda baş verib.

Preparatı alanlar arasında iki insan ölüb, plasebo könüllüləri arasında dörd nəfər dünyasını dəyişib. Peyvənd edilənlər qrupuna düşmüş pasiyentlərdən biri piylənmə və aterosklerozdan əziyyət çəkib.

Digər könüllüdə isə ikinci dozanın tətbiqindən 60 gün sonra ürəkdayanması baş verib.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər