Uzun zamandan sonra polislərimiz Kəlbəcərdə - Foto

11:17 - 9.12.2020


9 dekabr, Fineko/abc.az. Noyabr ayının 25-də işğaldan azad edilən Kəlbəcər rayonunda Ali Baş Komandanın fərmanına uyğun olaraq komendant rejimi elan edilib.

Daxili İşlər Nazirliyindən ABC.AZ-a daxil olan məlumata görə, nazirin əmrilə Rayon Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Haxverdi Əkbərov rayonun komendantı təyin olunub.

RPŞ-nin əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları rayonun giriş-çıxışlarında, o cümlədən rayon daxilində polis postları quraraq komendant rejiminin tələblərinin yerinə yetirilməsinə nəzarət edirlər.

 


Bütün xəbərlər