Rusiya Azərbaycandan pomidor almağı dayandırır – Detallar

12:02 - 9.12.2020


9 dekabr, Fineko/abc.az. Dekabrın 10-dan Azərbaycandan Rusiyaya pomidor və alma ixracı qeyri-müəyyən dövrədək dayanacaq.

ABC.AZ-ın məlumatına görə, bu barədə qərar Rosselxoznadzor tərəfindən verilib.

Qərarın fitosanitar vəziyyətin qorunması, Rusiya Federasiyası ərazisində zərərvericilərin gətirilməsi və yayılmasının qarşısını almaq məqsədi daşıdığı açıqlanıb.

Ekspertlər hesab edir ki, bu Azərbaycan və Rusiya arasındakı ticarət dövriyyəsinə təsirsiz ötüşməyəcək.

İqtisadçılar düşünür ki, pomidor Azərbaycanın Rusiyaya ixracında əsas yerlərdən birini tutduğundan dövriyyədə azalmış olacaq.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər