BANM-ın daha bir tələbəsi Gənclər Fondunun qrant layihəsini uğurla icra edib

20.02.2018,10:25


Bakı Ali Neft Məktəbinin (BANM) tələbəsi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun elan etdiyi 10-cu qrant müsabiqəsinin qalibi olub. Ali Məktəbin “Kimya mühəndisliyi” ixtisası üzrə təhsil alan 4-cü kurs tələbəsi Vüsal Quluyev özünün “İstixana Effekti: Artan Entropiya”  adlı layihəsini BANM-ın təşkilatı dəstəyi ilə uğurla həyata keçirib.

Layihə beş təlim və iştirakçıların hazırlıq səviyyəsini yoxlamaq üçün bir “Poster” müsabiqəsindən ibarət olub. Təlimlər BANM-ın konfrans zalında keçirilib. Layihədə ölkənin müxtəlif universitetlərindən fərqli ixtisaslar üzrə təhsil alan 100-dən çox tələbə iştirak edib. Eyni zamanda, təlimlərə ölkənin aparıcı universitetinin tələbələri ilə yanaşı SOCAR-ın əməkdaşları da qatılıb.

Təlimlərin açılış mərasimində müəllif Vusal Quluyev layihə haqqında geniş məlumat verib.  Daha sonra Bakı Ali Neft Məktəbinin rəhbərliyi adından ümumi işlər üzrə prorektor Rəşad Həsənov çıxış edərək iştirakçılara  öz ürək sözlərini çatdırıb, universitetlərin bakalavr, magistratura tələbələrinin və müxtəlif şirkətlərin əməkdaşlarını Ali Məktəbdə görməkdən məmnun olduğunu bildirib. Ali Məktəbin “Neft-qaz mühəndisliyi” kafedrasının professoru, texniki elmlər doktoru Fuad Vəliyev, həmçinin “Provitaz MMC” alternativ enerji şirkətinin baş mühəndisi Emin Məmmədov bu sahədə öz biliklərini iştirakçılarla bölüşüb.

Layihə iştirakçıları təlimlər zamanı bütün bəşəriyyətin qarşılaşdıgı qlobal istiləşmə haqqında məlumat alıb, istixana effektinin məğzinin nə olduğunu, planetə təsirindən və nəhayət bütün bunların entropiya ilə əlaqəsi haqqında geniş məlumat əldə ediblər. Sonda iştirakçılar “Poster müsabiqəsi” vasitəsilə qruplar şəklində təlimlər ərzində əldə etdiyi məlumatarın əsasında ortaya çıxan problemləri təsvir edib və həlli yollarını göstəriblər.

Təlimlərdə uğurla iştirak edən bütün iştirakçılar sonda sertifikat və dəyərli hədiyyələrlə mükafatlandırılıb.

 

 

Açar sözlər: BANM