COVİD-19 bir gündə 38 can aldı – Gürcüstanda statistika

12:30 - 9.12.2020


9 dekabr, Fineko/abc.az. Gürcüstanda bu günə olan yoluxma sayında ciddi artım və ya azalma müşahidə olunmayıb.

ABC.AZ xəbər verir ki, son 24 saat ərzində Gürcüstanda üzrə 4 734 yeni yoluxma qeydə alınıb.

Bu gün virusdan 38 nəfərin ölməsi ilə bərabər ümumilikdə 1 614 nəfər həyatını itirib.

Mövcud virusdan müalicə alan pasiyentlərdən isə 3 895 nəfər sağalıb.

Beləliklə, bu günədək ölkədə koronavirus diaqnozu qoyulanların ümumi sayı 174.383 nəfərə çatıb.

 

Bütün xəbərlər