Bir gündə 42 nəfər öldü, 4403 yoluxma var – Son statistika

09.12.2020,14:41


9 dekabr, Fineko/abc.az. Azərbaycanda bu gün koronavirus infeksiyasına 4403 yeni yoluxma faktı qeydə alınıb.

ABC.AZ xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada 42 nəfər “COVID-19”dan vəfat edib. 2919 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.