İndi biz azad edilmiş ərazilərin bərpa planlarını hazırlayırıq – İlham Əliyev

14:52 - 9.12.2020


9 dekabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Prezident İlham Əliyev İtaliya Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin dövlət katibi Manlio Di Stefanonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

ABC.AZ-ın məlumatına görə, dövlət başçısı bir sıra məsələlərə toxunub.

O qeyd edib ki, əminəm ki, bu dostluq jestinin praktiki təzahürü olacaq, çünki bu gün biz təkcə enerji sektoru deyil, həmçinin qeyri-enerji sektoru haqqında danışırıq.

"Azad edilmiş torpaqlarda böyük potensial kənd təsərrüfatı, turizm, bərpa olunan enerji mənbələri ilə bağlıdır. Artıq söylədiyim kimi, böyük infrastruktur layihələri də olacaq. İndi biz həmin ərazilərin bərpa və yenidənqurma planlarını hazırlayırıq. Əminəm ki, biz çox uğurla işləyəcəyik", - deyə İ. Əliyev vurğulayıb.

 

Bütün xəbərlər