Yerevanda izdihamlı aksiya başlayıb – Paşinyanın istefası tələb edilir

16:54 - 9.12.2020


9 dekabr, Fineko/abc.az. Yerevanda müxalifət partiyaları Baş nazir Nikol Paşinyanın istefasını tələb edən etiraz yürüşünə başlayıb.

ABC.AZ xəbər verir ki, mitinqə Yerevanın müxtəlif yerlərindən yüzlərlə insan gəlib.

Hazırda onlara qoşulmaq üçün şəhərin hər yerindən insanlar Yerevanın mərkəzinə toplaşır. Yürüşün son dayanacağının parlament binası olacağı qeyd olunub. Burada etiraz aksiyasının davam edəcəyi bildirilib.

 

Bütün xəbərlər