“Capital Partners İnvestisiya Şirkəti” də dövlət qeydiyyatına alınıb

10:11 - 10.12.2020


10 dekabr, Fineko/abc.az. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “Capital Partners İnvestisiya Şirkəti” QSC-ni dövlət qeydiyyatına alıb.

ABC.AZ Report-a istinadən xəbər verir ki, maliyyə qurumu “Rabitəbank” ASC-nin 2007-ci ildə təsis etdiyi, "Bakı Fond Birjası” QSC-nin səhmlərinin 4,76%-nə nəzarət edən “Kapital Partners” MMC-nin hüquqi varisidir və Azərbaycanda 2015-ci il iyulun 15-dən qüvvəyə minmiş "Qiymətli kağızlar bazarı haqqında" qanuna uyğun olaraq kapital bazarında fəaliyyət göstərəcək.

İnvestisiya şirkətinin hüquqi ünvanı əvvəlki kimi “Rabitəbank”ın vaxtilə baş ofisinin yerləşdiyi Bakı şəhəri, Səbail rayonu, Bünyad Sərdarov küçəsi, 1-dir. Onun qanuni təmsilçisi də dəyişməyib - İbrahim Koroğlu oğlu Mikayılovdur.

 

Bütün xəbərlər