Avropa İttifaqı bu ölkəyə yardım etdi – 600 milyon avro

10:29 - 10.12.2020


10 dekabr, Fineko/abc.az. Avropa İttifaqı Ukraynaya 600 milyon avro dəyərində makro-maliyyə yardımını təqdim edib.

ABC.AZ xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski məlumat verib.

“Ukraynaya 600 milyon avro məbləğində maliyyə yardımı göstərdiyinə görə Aİ-dəki tərəfdaşlarımıza və şəxsən Avropa Komissiyasının prezidenti Ursula von der Leyenə və Avropa Komissiyası sədrinin icraçı müavini Valdis Dombrovskisə minnətdaram. Bu, Avropanın Ukraynanın iqtisadi sabitliyinə və islahatların gələcək gedişatına verdiyi dəstəkdir” - Zelenski tvitter hesabında yazıb.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər