Bu müddətədək Azərbaycanın hava limanları bağlı olacaq – Detallar

11:26 - 10.12.2020


10 dekabr, Fineko/abc.az. Gələn ilin yanvarın 31-dək Azərbaycanın bütün hava limanları müntəzəm sərnişin reyslərinin həyata keçirilməsi üçün bağlıdır.

"Azərbaycan Hava Yolları"ndan ABC.AZ-a daxil olan  məlumata görə, karantin dövründə Nazirlər Kabineti yanında Operativ Qərargahın icazəsi ilə xüsusi və çarter reyslərinin yerinə yetirilməsi davam etdirilir.

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargah koronavirusun yayılma təhlükəsi ilə əlaqədar Azərbaycanda xüsusi karantın rejiminin müddətini 31 yanvar 2021-ci ilə qədər uzadıb.

 

Bütün xəbərlər