Baku Shopping Festival üçün ƏDV əvəzləşdirilməsi üzrə köşklərin sayı yeddiyə çatdı

14:42 - 12.10.2017


Azərbaycan Respublikasının Vergilər Nazirliyi, paytaxtda növbəti ticarət festivalının (II Baku Shopping Festival) keçirilməsinə tam hazırlıq barədə bildirir.

Festivala həsr edilmiş mətbuat konfransında Azərbaycan Respublikasının Vergilər nazirinin müavini Sahib Ələkbərov qeyd edib ki, ƏDV əvəzləşdirilməsi üzrə köşklərin sayı bu dəfə yeddiyə çatdırılmışdır.

“Hal-hazırda iştirakçıların qeydiyyatı prosesi davam edir”, - deyərək nazir müavini əlavə edib.

“II Baku Shopping Festival”ı Bakıda 15 oktyabr tarixindən 15 noyabr tarixinə qədər keçiriləcək. Vergilər Nazirliyi, “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti (AZAL), ASAN Xidmət Mərkəzi və “AzərTürkBank” - festivalın rəsmi tərəfdaşlarıdır

 

Bütün xəbərlər