Bütün bu ziyanın hesabı sorulmalıdır – Ərdoğan azad olunmuş ərazilərdəki dağıntılardan danışdı

17:26 - 10.12.2020


10 dekabr, Fineko/abc.az. Otuz illik işğal müddətində bu bölgələrin viranəyə çevrildiyini, daş üstündə daş qalmadığını hamımız birlikdə gördük.

ABC.AZ xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Zəfər paradında çıxışında bildirib.

Ərdoğan sözlərinə belə davam edib: "Qardaşım İlham Əliyevin dediyi kimi, Füzuli şəhərində bayraq asmağa belə bina tapılmamışdır. Bütün şəhərlər tar-mar edilmiş, bütün kəndlər yerlə-yeksan olmuş, məzarlıqlar belə dağıdılmışdır. Məscidlər dağıdılmış, minarələr eynilə tar-mar olmuşdur. Ermənilər hər şeyi məhv etdikləri kimi, tarixi və mədəni abidələri də, təbii, sərvətləri də qarət etdilər. Bütün bu ziyanın hesabı sorulmalıdır”.

 

Bütün xəbərlər