330x110
 

Ölkədəki 16 iaşə obyektinə qarşı inzibati tədbirlər görülüb - Qaydaları pozublar

10.12.2020,17:31


10 dekabr, Fineko/abc.az. Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu, eləcə də koronavirus  yoluxmalarının artması müşahidə olunan şəhər və rayonlar üzrə 410 ictimai iaşə obyektində 807 monitorinq keçirib.

AQTA-dan ABC.AZ-a verilən məlumata görə, reyd keçirilən obyektlərdən 16-da Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin tələblərindən irəli gələn bir sıra qaydalara əməl olunmaması və kobud şəkildə pozulması faktları aşkarlanıb.

Aşkarlanmış faktlarla bağlı həmin müəssisələr barədə qanunvericiliyin tələbləri çərçivəsində inzibati tədbirlər görülüb.