MİDA bu şirkətə 18 milyon manatdan çox pul ödəyəcək – Hövsanda bina tikəcəklər

10:43 - 11.12.2020


11 dekabr, Fineko/abc.az. Bir müddət əvvəl Mənzil İnşaatı Dövlət Agentliyinin elan etdiyi tender yekunlaşıb.

ABC.AZ-ın məlumatına görə, MİDA MMC Bakının Suraxanı rayonunun Hövsan qəsəbəsinin qərb hissəsində 18,8 ha ərazidə yeni yaşayış kompleksinin tikintisi tenderinin qalibi olaraq "HN Construction" MMC-ni seçib.

MİDA qalib şirkətə 18 milyon 190 min 276 manat ödəyəcək.

 

Bütün xəbərlər