Azər Əliyev: 2018-ci il “Atəşgah” üçün daha uğurlu olacaq

20.02.2018,15:24


20 fevral, Fineko/abc.az. Azərbaycanın sığorta şirkəti “Atəşgah” 2017-ci il üzrə fəaliyyətinin yekunlarını açıqlayıb.

Şirkətin İdarə Heyətinin sədri Azər Əliyev bildirib ki, 2017-ci il şirkət üçün uğurlu olub.

“2017-ci ildə biz daha dayanıqlı və uzaqgörən olmağı öyrəndik. Bu il, hazırkı bazar şəraitinə uyğunlaşmaq üçün yeni planlar və strategiyalar qurmağa, onların reallaşdırılması yollarını axtarmağa kömək etdi, həmçinin yeni bazarlarda yeni xidmətlərin təklifi prosesini sürətləndirdi”, - bunu A.Əliyev bildirdi.

Şirkətin rəhbəri, 2018-ci ilin  “Atəşgah” üçün daha uğurlu olacağından əmin olduğunu bildirdi.

“Atəşgah Həyat” Şirkətində 2017-ci ilin yekunları üzrə hesablanmış sığorta haqları 39 069 682 AZN olmuşdur. Verilmiş sığorta ödənişləri isə 17 388 355 təşkil etmişdir.  

Avtomobil nəqliyyatı sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə ödənişlər 10 804 001 AZN təşkil edib.

“Atəşgah” Sığorta Qrupuna daxil olan “Atəşgah Həyat” Şirkətində 2018-ci ilin əvvəli üzrə hesablanmış sığorta haqları 39, 359 348 AZN, sığorta ödənişləri isə 54, 852 968 AZN təşkil etmişdir.

Həyatın yaşam sığortası üzrə isə ödənişlər 52, 184 169 AZN olmuşdur.İstehsalatda bədbəxt hadisələrdən icbari sığorta üzrə 1737978 AZN.

“Atəşgah” 1996-cı ildən etibarən fəaliyyət göstərir və 2014-cü ildən etibarən İcbari Sığorta Bürosunun üzvüdür.

 

 

Açar sözlər: Atəşgah