Bu kəndin də adı dəyişdirilir – Günəşli adlanacaq

14:55 - 11.12.2020


11 dekabr, Fineko/abc.az. “Azərbaycan Respublikasının Şamaxı rayonunun Saqiyan kəndinin Günəşli kəndi adlandırılması haqqında” qanun layihəsi Milli Məclisə daxil olub.

ABC.AZ-ın Report-a istinadən məlumatına görə, layihə Prezident İlham Əliyevin qanunvericilik təşəbbüsü ilə Milli Məclisə göndərilib.

Qanun layihəsi yaxın günlərdə parlamentdə müzakirəyə çıxarılacaq.

 

Bütün xəbərlər