107 ölkəyə ixrac, 173 dövlətdən idxal həyata keçirilib – 10 ayın hesabatı

15:08 - 11.12.2020


11 dekabr, Fineko/abc.az. 2020-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanın hüquqi və fiziki şəxsləri dünyanın 182 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib.

ABC.AZ-ın məlumatına görə, sözügedən dövrdə 107 ölkəyə məhsul ixrac olunub, 173 ölkədən idxal olunub.

Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2020-ci ilin yanvar-oktyabr aylarında ölkənin xarici ticarət dövriyyəsi 19 milyard 894,2 milyon ABŞ dolları təşkil edib.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər