Azərbaycanın ixracı 21,7 faiz, idxalı isə 10,4 faiz azalıb – Hesabat

15:17 - 11.12.2020


11 dekabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi 2020-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi 19 milyard 894,2 milyon ABŞ dolları təşkil edib.

ABC.AZ-ın məlumatına görə, ticarət dövriyyəsinin 11 milyard 126,8 milyon dollarını və ya 55,9 faizini ölkədən ixrac olunmuş məhsulların, 8 milyard 767,4 milyon dollarını (44,1 faizini) isə idxal məhsullarının dəyəri təşkil etib.

Nəticədə 2359,4 milyon dollar məbləğində müsbət saldo yaranıb. 2019-cu ilin yanvar-oktyabr ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 27,5 faiz, real ifadədə 21,7 faiz, o cümlədən idxal 37,6 faiz, ixrac isə 10,4 faiz azalıb.

Müəllif: Elmir Murad

Bütün xəbərlər