On ayda qeyri neft-qaz məhsullarının ən çox ixrac olunduğu ölkələr - Siyahı

15:21 - 11.12.2020


11 dekabr, Fineko/abc.az. 2020-ci ilin yanvar-oktyabr aylarında qeyri neft-qaz məhsullarının ixracı əvvəlki ilin eyni dövrü ilə müqayisədə faktiki qiymətlərlə 8,2 faiz, real ifadədə isə 17,7 faiz azalaraq 1 milyard 444,4 milyon dollar təşkil edib.

ABC.AZ Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ixracın 31,7 faizini İtaliyaya, 19,0 faizini Türkiyəyə, 4,6 faizini Rusiyaya, 3,7 faizini Xorvatiyaya, 3,5 faizini Yunanıstana, hər biri 3,4 faiz olmaqla Çin, Hindistan və İsrailə, 3,3 faizini Gürcüstana, 2,7 faizini İspaniyaya, 2,6 faizini Ukraynaya, 2,4 faizini Tunisə, 1,9 faizini Almaniyaya, 1,8 faizini Çexiyaya, 1,4 faizini İsveçrəyə, 11,2 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil edib.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər