On ayda idxalı azalan mallar – Siyahı

15:58 - 11.12.2020


11 dekabr, Fineko/abc.az. 2019-cu ilin yanvar-oktyabr ayları ilə müqayisədə 2020-ci ilin yanvar-oktyabr aylarında bəzi məhsulların idxalı azalıb.

ABC.AZ Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki,  bitki yağları idxalı 8,8 faiz, təzə meyvə – 13,2 faiz, kərə yağı, digər süd yağları və pastaları – 22,9 faiz, çay – 2,1 faiz, mal əti – 17,6 faiz, təzə tərəvəz – 37,5 faiz, minik avtomobilləri – 24,8 faiz, dərman vasitələri – 46,0 faiz, hesablama maşınları, blok və qurğuları – 23,3 faiz, qara metallardan çubuqlar – 1,6 dəfə artmış, buğda idxalı isə 16,7 faiz, xam şəkər və şəkər – 18,1 faiz, kartof – 9,8 faiz, quş əti və onun əlavə məhsulları – 20,5 faiz, siqaretlər – 75,4 faiz, qara metallardan borular – 20,2 faiz, polad prokatı – 8,8 faiz, mineral gübrələr – 5,2 faiz, rezin şinlər – 17,8 faiz, mebellər – 23,8 faiz, yük avtomobilləri – 7,8 faiz, məişət kondisionerləri – 33,0 faiz, polietilen – 24,2 faiz, paltaryuyan maşınlar – 3,7 faiz, qara metallardan künclüklər – 12,0 faiz, avtobuslar – 64,6 faiz, məişət soyuducuları – 7,4 faiz, sement və sement klinkerləri – 25,9 faiz azalıb.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər