VTB (Azərbaycan)-ın kart sahibləri ölkənin digər banklarının kartlarına pul köçürə bilər

15:52 - 20.02.2018


VTB (Azərbaycan) öz müştərilərinə pul köçürmələr üzrə yeni xidmət təklif edir. İndi bankın kart sahibləri VTB (Azərbaycan)-ın bankomatları vasitəsi ilə öz kartlarından istənilən yerli bankın kartlarına vəsait köçürə bilər. Bu xidmətin əsas üstünlüyü ondadır ki, pul vəsaiti Azərikard-la yanaşı müxtəlif prosesinq şirkətlərinin (Millikart və s.) xidmət göstərdiyi bank kartlarına da köçürülə bilər.

Bank VTB(Azərbaycan)-ın bütün kart istifadəçiləri bu xidmətdən yararlana bilər. Pul köçürmələrini manat, dollar, avro və rublla həyata keçirmək mümkündür. Kartların valyutası eyni olduğu halda əməliyyatın məbləğində məhdudiyyət yoxdur. Valyutalar müxtəlif olduqda köçürmənin maksimal məbləği 1000 ABŞ dolları (və ya bu məbləğin digər valyutadakı ekvivalenti) təşkil edir. Əməliyyat üzrə komissiya köçürülən məbləğin 1% (min. 2 AZN/USD/EUR,100 RUB) təşkil edir.

Köçürmə qısa müddətdə həyata keçirilir və bir neçə dəqiqə ərzində pul vəsaiti köçürməni alan şəxsə çatdırılır.

 

Bütün xəbərlər