Bakıda tikinti materialları bazarı bağlandı - Nazirlikdən qərar

16:47 - 11.12.2020


11 dekabr, Fineko/abc.az. Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən öz səlahiyyətlərinə uyğun olaraq, Bakı şəhəri, Nərimanov rayonunda yerləşən “Tikinti materiallarının satışı bazarı”nda aparılan plandankənar yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanın mövcud olduğu aşkar edilib.

Fövqəladə Hallar Nazirliyindən ABC.AZ-a verilən məlumata görə, aşkar edilən nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.

Yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin pozulması faktları aşkar edilən tikinti materiallarının satışı bazarında xidmətlərin göstərilməsinin dayandırılması barədə Qərar qəbul edilib.

 

Bütün xəbərlər