Azərbaycanın “Garabag Resorts&Spa” oteli “Booking.com”un fəxri mükafatına layiq görüldü

15:55 - 20.02.2018


20 fevral, Fineko/abc.az. Azərbaycanın müasir və təmtəraqlı otellərindən biri “Garabag Resorts&Spa” dünyaca məşhur onlayn bronlaşdırma resursu “Booking.com”un nüfuzlu “Guest Review Award 2018” mükafatına layiq görülmüşdür.

Otelin məlumatında deyildiyi kimi, otel, mümkün 10 baldan 9,4 balla “Mükəmməl” səviyyəsində mövqeyini  saxlayır.

“Garabag Resorts&Spa” oteli öz müalicəvi xüsusiyyətləri ilə 600 ildən çoxdur tanınan unikal Naftalan yağı sayəsində dünya şöhrəti qazanmış Naftalan kurort şəhərində yerləşir. Burada ənənəvi və xüsusi prosedurların geniş seçiminin təqdim olunduğu “ENTERA” müalicə-sağlamlıq mərkəzi fəaliyyət göstərir.

 

 

Bütün xəbərlər