Bu yolda hərəkət qismən məhdudlaşdırıldı – Təmir işləri aparılır

10:43 - 14.12.2020


14 dekabr, Fineko/abc.az. Bu gündən Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 96-cı km-də, magistralın Hacıqabul rayonu Navahi qəsəbəsi ərazisindən keçən hissəsində Bakı şəhəri istiqaməti üzrə hərəkət qismən məhdudlaşdırılacaq.

ABC.AZ-ın məlumatına görə, məhdudlaşma yolda aparılan təmir-bərpa işləri ilə əlaqədardır. Məhdudlaşdırma təmir-bərpa işləri bitənədək qüvvədə olacaq.

Təmir müddəti ərzində avtonəqliyyyat vasitələrinin hərəkəti iki tərəfli olmaqla magistralın əks istiqamət üzrə təşkil olunacaq.

 

Bütün xəbərlər