Azərbaycan Rusiyaya bu qədər pomidor ixrac edib – Hesabat

11:15 - 14.12.2020


14 dekabr, Fineko/abc.az. Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan Rusiyaya 166,6 mln. ABŞ dolları dəyərində 152 212,76 ton həcmində pomidor ixrac edib.

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2019-cu ilin analoji dövrü ilə müqayisədə dəyər ifadəsində 17,6%, həcm ifadəsində isə 14,8% çoxdur.

Hesabat dövründə Azərbaycanın ümumi tomat ixracının 98,2%-i Rusiyanın payına düşüb.

Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 0,6 faiz azdır.

Ümumilikdə isə Azərbaycan yanvar-sentyabr aylarında 167,8 mln. dollarlıq 154 980,2 ton pomidor ixrac edib.

Qeyd edək ki, 10 dekabrdan etibarən "Rosselxoznadzor" Azərbaycandan Rusiyaya tədarük olunan pomidor və alma məhsullarına məhdudiyyətlər tətbiq edib.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər