Gürcüstanın ticarət dövriyyəsi kəskin azalıb – Hesabat

12:17 - 14.12.2020


14 dekabr, Fineko/abc.az. Bu ilin yanvar-noyabr aylarında Gürcüstanın xarici ticarət dövriyyəsinin dəyəri illik müqayisədə 14,6% azalaraq 10,203 milyard ABŞ dolları təşkil edib.

ABC.AZ Apa-ya istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Statistika İdarəsindən bildirilib.

On bir ay ərzində qonşu ölkənin ixracının dəyəri 3,016 milyard dollar, idxalının dəyəri isə 7,186 milyard dollar olub ki, bu da ötən ilin eyni dövrünə nisbətən müvafiq olaraq 11,3% və 15,9% azdır.

Son nəticədə Gürcüstanın xarici ticarət dövriyyəsində 4,17 milyard dollar kəsir yaranıb ki, bunun da ümumi dövriyyədə payı 40,9%-dir.

 

Bütün xəbərlər