BTQ dəmir yolu xətti ilə daşınan yüklər 15 min konteynərə çatdı

12:24 - 14.12.2020


14 dekabr, Fineko/abc.az. Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti ilə 15 mininci konteyner daşınıb.

“ADY Konteyner” MMC-dən ABC.AZ-a daxil olan məlumata görə, 15 mininci konteyner Türkmənistan-Türkiyə marşrutu ilə hərəkət edən qatarın tərkibində olub.

40 futluq konteyner Türkmənbaşı limanından operatoru “Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti “ADY Konteyner”in “Silver Star” fider gəmisi vasitəsilə Bakı Limanına çatdırılıb. Daha sonra ölkəmizin ərazisindən keçərək Gürcüstanın Axalkalaki stansiyasına, oradan isə Türkiyəyə yola salınıb. 15 mininci konteynerlə Türkiyəyə polipropilen daşınıb.

Müəllif: Elmir Murad

Bütün xəbərlər