Maliyyə Nazirliyi, dövlət qısamüddətli istiqrazların növbəti yerləşdirilməsini keçirtdi

16:50 - 20.02.2018


20 fevral, Fineko/abc.az. Azərbaycan Maliyyə Nazirliyi bu gün dövlət qısamüddətli istiqrazların (DQİ) yerləşdirilməsi üzrə növbəti hərrac keçirib.

“Bakı Fond Birjası” QSC xəbər verir ki,  fevralın 20-də Maliyyə Nazirliyi,  manatla nominasiya edilmiş, AZ0104002685 ISIN-li  DQİ satıb. İstiqrazlar 35 milyon manat məbləğində təklif olunmuş, tədavül müddəti 364 gün təşkil etmişdir.

23 investordan 165 189,9 min manat həcmində DQİ-in alışına dair 37 ərizə daxil olmuşdur. İnvestorlar DQİ üçün 87,7784 manatdan (illik gəlirlilik  13,9999%)  93,0588 manata qədər (7,5%) təklif etmişlər.

Maliyyə Nazirliyinin qərarına əsasən, istiqrazların kəsmə qiyməti 92,6301 AZN (gəlirlilik 8,0001%), orta ölçülmüş qiyməti 92,6980 AZN (7,9205%) müəyyən edilmişdir. Nəticədə 35 milyon manat həcmində DQİ satılmışdır.

 

Bütün xəbərlər