Azad olunmuş ərazilərdə biznes qurmaq üçün yeni imkan – Agentlik çağırış etdi

15:13 - 14.12.2020


14 dekabr, Fineko/abc.az. Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) işğaldan azad olunmuş ərazilərdə biznes qurmaq istəyən sahibkarlara müraciət edib.

ABC.AZ-ın məlumatına görə, KOBİA işğaldan azad edilmiş ərazilərdə biznes qurmaq istəyən sahibkarlar biznes layihələrini agentliyə təqdim etməyə çağırıb.

Agentliyə müraciət edən sahibkarlara işğaldan azad olunmuş ərazilərin iqtisadi və investisiya potensialına dair informasiya, məsləhət, əlaqələndirmə və digər dəstək və xidmətlər göstəriləcək.

Müəllif: Elmir Murad

Bütün xəbərlər