Dörd bankın əmanətçilərinə böyük məbləğdə kompensasiya ödənilib

15:15 - 14.12.2020


14 dekabr, Fineko/abc.az. Dekabrın 11-nə Əmanətlərin Sığortalanması Fondu (ADIF) tərəfindən bağlanmış "AG Bank", "Amrah Bank", "NBC Bank" və "Ata Bank" üzrə 24 min 3 əmanətçiyə 609,72 milyon manatdan çox kompensasiya ödənişi həyata keçirilib.

ABC.AZ Əmanətlərin Sığortalanması Fonduna istinadla xəbər verir ki, bu il iyunun 16-dan dekabrın 11-dək ləğv prosesində olan "AG Bank" və "NBC Bank"ın əmanətçilərinə "Azərbaycan Beynəlxalq Bankı" tərəfindən 233,46 milyon manat kompensasiya ödənilib.

"AG Bank" üzrə 4536 əmanətçiyə 108,94 milyon manat, "NBC Bank" üzrə isə 4123 əmanətçiyə 124,51 milyon manatdan çox kompensasiya ödənilib.

İyunun 1-dən dekabrın 11-dək "Kapital Bank" tərəfindən "Amrah Bank" və "Ata Bank"ın əmanətçilərinə 376,26 milyon manatdan çox kompensasiya ödənişi həyata keçirilib.

Hesabat dövründə "Amrah Bank" üzrə 5717 əmanətçiyə ödənilən kompensasiyanın məbləği 138,38 milyon manat, "Ata Bank" üzrə 9662 əmanətçiyə isə 237,87 milyon manat təşkil edib.

 

Bütün xəbərlər