330x110
 

Çayxana işlədən polisə aparıldı – Koronavirus xəstəsinə qarşı isə cinayət işi açıldı

14.12.2020,15:51


14 dekabr, Fineko/abc.az. Naftalan şəhərində koronavirus testinin nəticəsi pozitiv çıxan sakin Niyaz Həsənovun yaşadığı ünvanı tərk etməsi və koronavirus infeksiyasının yayılması üçün real təhlükə yaratması müəyyən edilib.

DİN Mətbuat Xidmətindən ABC.AZ-a daxil olan məlumata görə, polis əməkdaşları dərhal onun yerini müəyyən edərək tibbi prosedurlar gözlənilməklə yaşadığı evə göndərib.

Fakla bağlı ŞPŞ-nin İstintaq Qrupunda cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

Ağdaş rayonunda keçirilən reydlər zamanı şəhər ərazisində yerləşən “Xan” çay evinin xüsusi karantin rejimi qaydalarına zidd olaraq həftəsonu fəaliyyət göstərdiyi aşkar edilib. Çay evini icarə əsasında işlədən Fərid Nəbizadə Polis Şöbəsinə dəvət edilib və barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimə protokolu tərtib olunub.