Neft 62 dollara yaxın bahalaşacaq – Proqnoz

16:06 - 14.12.2020


14 dekabr, Fineko/abc.az. Gələn ilin sonunə qədər neftin bir barelinin qiyməti 62 ABŞ dollarına qədər bahalaşa bilər.

ABC.AZ-ın məlumatına görə, ekspertlər bunu  bazarda neftə olan təklifin azalması ilə əlaqələndirir.

Son zamanlar "Brent" markalı neftin qiymətinin 50 dolları ötdüyünü vurğulayan iqtisadçılar hesab edir ki, 2021-ci ildə də artımın davam edəcəyini qeyd ediblər.

Onların proqnozuna görə, bu tendensiya xüsusilə dünyada koronavirusa qarşı kütləvi peyvəndləmə prosesinin başlana biləcəyi fonunda ilin ikinci yarısında daha gözə çarpan olacaq.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər