Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkət cədvəli dəyişdirildi

17:09 - 20.02.2018


20 fevral, Fineko/abc.az. “Azərbaycan Dəmir Yolları” (ADY) QSC Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkət cədvəlində  dəyişikliklərin olmasını bildirdi.

“Bakı-yük- Keşlə mənzilinin tək yolunda aparılan təmir işləri ilə bağlı daxil edilən yeni hərəkət cədvəli, fevralın 21-dən martın 6-na kimi qüvvədə olacaq”, - məlumatda belə deyilir.

Qatarların yeni hərəkət cədvəli ilə, Dəmir Yollarının www.ady.az saytında tanış olmaq mümkündür.

 

 

Bütün xəbərlər