Vətən müharibəsi zamanı həlak olmuş şagirdlərin sayı açıqlanıb

11:00 - 15.12.2020


15 dekabr, Fineko/abc.az. Onlayn tədrisə keçidi təmin etmək məqsədilə “Microsoft” şirkəti ilə əməkdaşlıq çərçivəsində yaradılmış “Virtual məktəb” platformasında 1 milyon 300 mindən çox şagird və 120 mindən çox müəllim qeydiyyatdan keçib.

ABC.AZ-ın məlumatına görə, bunu Təhsil naziri Emin Əmrullayev Beynəlxalq insan hüquqları gününə həsr olunmuş onlayn konfransda bildirib.

Nazir həmçinin bu ilin 27 sentyabr tarixindən etibarən 6 həftədən artıq davam etmiş Ermənistan hərbi qüvvələrinin hücumları nəticəsində 10 şagirdin həlak olduğunu, 16 şagirdin yaralandığını, 54 təhsil müəssisəsinin isə müxtəlif dərəcəli dağıntılara məruz qaldığını qeyd edib.

 

Bütün xəbərlər