Bir gündə 44 ölüm – Gürcüstanda yoluxma durmaq bilmir

11:37 - 15.12.2020


15 dekabr, Fineko/abc.az. Son 24 saat ərzində Gürcüstanda 3 837 yeni yoluxma qeydə alınıb.

ABC.AZ-ın məlumatına görə, bu gün virusdan 44 nəfərin ölməsi ilə bərabər ümumilikdə 1 883 nəfər həyatını itirib.

Mövcud virusdan müalicə alan pasiyentlərdən isə 3 105 nəfər sağalıb. Beləliklə, bu günədək ölkədə koronavirus diaqnozu qoyulanların ümumi sayı 194.900 nəfərə çatıb.

Onlardan 164.786 nəfəri isə tam olaraq sağalıb. Hazırda ölkə üzrə karantin rejimində 969, stasionar nəzarətdə 6 710 nəfər saxlanılır. 2 734 nəfər isə xüsusi otellərdə müalicə olunur.

 

Bütün xəbərlər