Azərbaycan nə vaxt vaksin alışına başlayacaq? – Açıqlama

16:04 - 15.12.2020


15 dekabr, Fineko/abc.az. Azərbaycana gətirilən vaksinlər 100 faiz təhlükəsizlik göstəricilərinə cavab verəcək.

ABC.AZ xəbər verir ki, bunu səhiyyə nazirinin müavini Viktor Qasımov bu gün keçirilən brifinqdə deyib.

O qeyd edib ki, ölkəmiz GAVİ tərəfindən təsis edilmiş quruma qoşulub.

"Vaksinlərin alınması istiqamətində həm çoxtərəfli, həm də ikitərəfli qaydada işlər aparılır. Əgər Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən müsbət rəy verilərsə, bu qurumdan vaksin alınması məsələsi nəzərdə tutulub” deyə V. Qasımov bildirib.

 

Bütün xəbərlər