Bakıda və Xırdalanda yarmarkalar keçiriləcək – Siyahı

10:49 - 16.12.2020


16 dekabr, Fineko/abc.az. Yeni il bayramı münasibətilə 21-31 dekabr tarixlərində “Kənddən Şəhərə” Qış yarmarkası təşkil olunacaq.

Kənd Təsərrüfatı Nazirliyindən ABC.AZ-a daxil olan məlumata görə, Bakı və Abşeron ərazisində 3 fərqli ünvanda baş tutacaq yarmarkada 100-dən artıq fermer kənd təsərrüfatı məhsullarını satışa çıxaracaq.

Qeyd edək ki, yarmarka Nərimanov rayonunda Gənclik metro stansiyasının yanında, Binəqədi rayonu, Süleyman Sani Axundov 5B (İnqilab kinoteatrının yanı) və Xırdalan şəhəri, Heydər Əliyev prospekti 41A-da olacaq.

Müəllif: Elmir Murad

Bütün xəbərlər