Ermənistanda aksiyalar davam edir – Polislə qarşıdurma baş verib

14:42 - 16.12.2020


16 dekabr, Fineko/abc.az. Ermənistanda etiraz aksiyaları bitmək bilmir.

ABC.AZ-ın məlumatına görə, bu dəfə etiraz edənlər Dağlıq Qarabağda hərbi əməliyyatlar zamanı itkin düşmüş hərbçilərin valideynləri və qohumlarıdır.

Onlar Ermənistan Müdafiə Nazirliyinin binası qarşısına toplaşaraq yaxlnlarının tapılaraq qaytarılmasını tələb edir.

Tələblərə susqunluq nümayiş etdirən nazirlik nümayəndələrinin bu addımı onları daha da qəzəbləndirib. Nəticədə etirazçılarla polis arasında qarşıdurma yaşanıb.

Bundan sonra itkin düşən hərbçilərin yaxınları nazirliyin qapısını sındıraraq şöbənin binasına daxil olublar.

 

 

Bütün xəbərlər